BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Nərimanov rayonu, Ziya Bünyadov prospektinin yaxınlığında yerləşən obyektlərdən birində baş verən yanğın səbəbindən metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı yaranıb.
TurkicWorld xəbər verir ki, hazırda polis əməkdaşları sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi üçün zəruri tədbirlər həyata keçirirlər. Sürücülərdən səbirli olmaları və yol hərəkəti qaydalarına ciddi əməl etmələri xahiş olunur.
Aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir və hərəkətin təhlükəsizliyini təmin etmək üçün operativ tədbirlər davam etdirilir.