AZ

UEFA Çempionlar Liqası ilə vidalaşacaq iki komanda bəllidir

UEFA Çempionlar Liqasında iki klubun pley-off mərhələsinə yüksəlmək ehtimalı qalmayıb.
 
Moderator.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turu çərçivəsində baş tutan "Kayrat" - "Brügge" (1:4), "Vilyarreal" - "Ayaks" (1:2) qarşılaşmalarından sonra "Kayrat" və "Vilyarreal" klublarının ilk 24-lükdən kənarda qalacaqları dəqiqləşib.
 
Onlar yeddi tur ərzində ancaq bir xal toplamağı bacarıblar və 24-cü yerdəki "Kopenhagen"dən 7 xal geri qalırlar. "Vilyarreal" və "Kayrat" klubları üçün Çempionlar Liqasında növbəti tur sonuncu olacaq.
 
Qeyd edək ki, Qazaxıstan təmsilçisi "Kayrat" tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparırdı.
Seçilən
58
moderator.az

1Mənbələr