AZ

Gecə səması alışdı: güclü Günəş partlayışı bütün dünyada qütb işıqlarını üzə çıxardı - FOTO

Dünya miqyasında nadir səma hadisəsi qeydə alınıb.

Ekologiya.az xəbər verir ki, bazar günü bu ilin ilk güclü Günəş alışması — X1.95 sinifli partlayış baş verib və yüklənmiş hissəciklərdən ibarət bulud Yerə 24 saatdan da az müddətdə çatıb.

Yanvarın 19–20-si gecəsi nəticədə Rusiya, Ukrayna, Belarus, Qərbi Avropa və Şimali Amerika səmasında parlaq qütb işıqları müşahidə olunub. Bir çox regionda səma qeyri-adi rənglərə bürünüb. 

Planet son dərəcə güclü maqnit fırtınasının təsiri altına düşüb. Geomaqnit aktivliyi G5 səviyyəsinə — yəni maksimal həddə yaxınlaşıb. Bu isə texnoloji sistemlər üçün ciddi risk deməkdir.

Dünyanın müxtəlif ölkələrindən rabitə problemləri barədə məlumatlar daxil olur. Xüsusilə radio siqnallarında, peyk naviqasiyasında və maqnit sahəsindən asılı olan digər sistemlərdə nasazlıqlar qeydə alınıb.Musavat.com



Seçilən
15
ekologiya.az

1Mənbələr