AZ

Xamenei və SEPAH-la bağlı çağırış edildi

BAKI, 21 yanvar. TELEQRAF

“Hazırda ölkəmizdə SEPAH-ın çoxlu sayda üzvü və İran rejiminin tərəfdarları var, bu, qəbul edilə bilən həddi aşır. Onlar müəyyənləşdirilməli və ailələri ilə birlikdə ölkədən deportasiya edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu Belçika parlamentinin üzvü Sam van Roy X-də yazıb.

“Əli Xamenei və SEPAH İranı işğal etmiş radikal islamçılar qrupudur, onlar bu ölkənin cəsur xalqını sistemli şəkildə repressiya və qətliama məruz qoyurlar”, - bildirib.

Van Roy İran rəsmilərinin ölkəyə girişinin qadağan edilməli olduğunu da qeyd edib:

“Həmçinin gələcəkdə İran İslam rejiminə bağlı hansısa şəxs və ya onun kuklasının bura ayaq basmasının qarşısı alınmalıdır”.

Seçilən
93
teleqraf.com

1Mənbələr