Bakı. Trend:
Bu gün "Karbamid" zavodu daxili gübrə tələbatını 100% qarşılayırvə Azərbaycan gübrə sahəsində mühüm ixracatçıya çevrilib.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) “Karbamid” zavodunun direktoru Kutay Durna bu gün rəhbərliketdiyi müəssisənin Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak”Şəbəkəsinə üzv qəbul edilməsi və zavodda həyata keçirilənlayihələrə dair tədbirdə deyib.
Onun sözlərinə görə, Karbamid zavodu daxili tələbatı 100%qarşılayır ki, bu da ümumi istehsalın 12%-ni təşkil edir:
"Hazırda biz zavodda istehsal edilən gübrənin Ukrayna, Rumıniya,Bolqarıstan, Türkiyə və Kanadaya ixracını da həyata keçiririk.Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərəbilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsa edir.
Ümumilikdə, zavodun istehsal gücü illik 650 min ton həcmindədir.Müştərilərimizin 95%-dən çoxu kənd təfərrüatı üzrədir, çünkikarbamid gübrə kimi tətbiq edilir".