AZ

Bu pensiyalar 53 manat artırılır

Bakı. Trend:

2025-ci il üçün 5-ci sosial islahatar zərfi qəbul edilib, ötənildə minimum əməkhaqqı 16 %, pensiyaların minimum məbləği isə 14,3% artıb, 3 milyondan çox vətəndaşın sosial rifah halının yüksəlməsitəmin edilib.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininsədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq ölkədəPrezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosialislahatlar zərfi qəbul edilib. Bu paketlərin illik maliyyə dəyəri8,5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosialtəminatının yaxşılaşmasına xidmət edir.

“2018-2025 ci illər ərzində minimum pensiya 2,9 dəfə, orta aylıqpensiya 2,6 dəfə, sosial müavinət və təqaüdlərin məbləği 5 dəfə,ünvanlı dövlət sosial yardımının məbləği 2,4 dəfə artıb”.

Millət vəkili xatırladıb ki, 2026-cı ilin büdcəsində sosialxərclər (təhsil, səhiyyə və sosial təminat daxil olmaqla) üçünümumilikdə 17,1 milyard manat nəzərdə tutulur. Bu, ümumi büdcəxərclərinin təxminən 41 %-ni təşkil edir:

“Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manattəşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Buil yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən ildəki 576manatdan 53 manat artaraq 629 manata yüksəlməsiproqnozlaşdırılır”.

M.Quliyev qeyd edib ki, əvvəlki illərdə olduğu kimi cari ildə dəəvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıqəməkhaqqı məbləğinə nisbəti 50,4 % olmaqla Beynəlxalq ƏməkTəşkilatının sosial təminatın minimum normaları haqqında müvafiqkonvensiyasına cavab verəcək.

Seçilən
35
12
az.trend.az

10Mənbələr