Danimarkanın Bornholm adası qaranlığa qərq olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Jyllands Posten” məlumat yayıb.
Danimarkanın Bornholm adasında genişmiqyaslı elektrik kəsilməsi (blekaut) baş verib.
Nəşrin məlumatına görə, adadakı bütün 18 572 ev təsərrüfatı elektriksiz qalıb. İşıqların sönməsi ilə yanaşı, ərazidə su təchizatı, istilik sistemi və rabitə əlaqəsində də ciddi problemlər qeydə alınıb.
“Trefor” enerji şirkətinin nümayəndəsi bildirib ki, problemin səbəbi sualtı kabeldə baş verən qəzadır. “TV 2 Bornholm” telekanalı nasazlıq barədə ilk məlumatın yerli vaxtla saat 10:16-da daxil olduğunu xəbər verib.
Operator elektrik enerjisinin təxminən saat 21:00-a qədər bərpa olunacağını proqnozlaşdırır.
Bornholm polisi qəzanın başvermə şəraiti ilə bağlı araşdırmalara başlayıb, lakin kabelin zədələnməsinin dəqiq səbəbi hələlik rəsmi olaraq açıqlanmır.
Xuraman Etibarlı
İnterpress.az