AZ

Maşını yolun ortasında park edən kişi digər sürücünü özündən çıxartdı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xırdalanda dayanma-durma qaydasını pozan sürücü digər avtomobillərin hərəkətinə ciddi maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksinin çıxışında qeydə alınıb. Belə ki, 01-BO-145 qeydiyyat "VAZ 2106" markalı avtomobilin sürücüsü sağ yolun bağlı olduğunu görsə də, qəsdən yolun ortasında park edərək baxçaya gedib. Bu səbəbdən arxadan gələn sürücülərin hərəkəti məhdudlaşıb. Görüntünü qeydə alan sürücü irad bildirsə də, qaydaları pozan sürücü ona "get sağ yolu kəsən avtomobilin sürücüsünü tap" deyərək özünü haqlı çıxarmağa başlayıb. Uzun mübahisədən sonra tıxac yarandığını görən sürücü 5 metr irəli sürərək boş ərazidə park etməyə məcbur olub.

Sözügedən videonu təqdim edirik.

Fərid

Oxunub 6

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
avtosfer.az

1Mənbələr