Bakı.Trend:
Son günlər ölkənin müxtəlif ərazilərində müşahidə edilənqeyri-sabit hava şəraiti - qar yağıntısı, şaxtavurma və donvurmahallar digər sahələrlə yanaşı, kənd təsərrüfatına da təsiredir.
Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Aqrar Sığorta Fondu müşahidə olunan qeyri-sabithava şəraitində fermerləri öz əkin sahələrini, xüsusilə də meyvəbağlarını şaxtadan və qar yağmasından sığortalamağa çağırır. Eynizamanda Fond əkinlərini sığortalamış fermerləri öz bağlarındakıvəziyyəti izləməyə və hadisə baş verdikdə fonda vaxtında müraciətetməyə dəvət edir.
Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunansərfəli aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylırisklərdən, o cümlədən şaxta vurma (donvurma) və normadan artıq qaryağması riskindən də sığortalayır.
Bu hadisələr nəticəsində əkin sahəsinə dəymiş zərər AqrarSığorta Fondu tərəfindən qarşılanır.
Artıq şaxtavurma riski üzrə fermerlərə ödənişlər də başlayıb vəsürətlə artmaqdadır. Belə ki, İndiyədək Aqrar Sığorta fondutərəfindən şaxtavurma (donvurma) hadisələri üzrə 915 min manatsığorta ödənişi həyata keçirilib.
Aqrar sığorta ödənişləri badam, şaftalı, nektarin, limon,naringi, portağal, ərik, gavalı, gilas meyvələri üzrə həyatakeçirilib.
Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığortaödənişləri də hər il sürətlə artmaqdadır. 2023-cü ildə şaxtavurma(donvurma) riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyihalda, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən sığortaödənişləri 130 min manata, 2025-ci ildə isə 780 min manatayüksəlib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 41 bitki növü vəbitkiçilik məhsullarını, eləcə də heyvandarlıq və akvakultura(balıqçılıq) təsərrüfatlarını sığorta edir.
Aqrar Sığorta Fondu meyvə bağlarını və məhsulu dolu,fırtına-qasırğa, sel və subasma, normadan artıq qar yağıntaları,doludan keyfiyyət itkisi, şaxtavurma, vəhşi heyvanların hücumu,3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir. Sığortahaqqının 50%-ni isə fermerin yerinə dövlət ödəyir.
Aqrar sığorta şərtləri və tariflərlə Aqrar Sığorta Fondununrəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavəməlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.