Nijni Novqorod çay limanında Federal Təhlükəsizlik Xidmətinin (FTX) Nijni Novqorod Vilayəti İdarəsinin əməkdaşları yerli polis bölməsinin cinayət axtarış şöbəsinin əməliyyatçısını dövlət sirrini yaymağa görə saxlayıblar.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 21 yanvarda agentliyin mətbuat xidməti məlumat verib.
İstintaq məlumatına görə, zabit məxfi məlumatları üçüncü tərəfə ötürüb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 283-cü maddəsi ("Dövlət sirlərinin açıqlanması") ilə cinayət işi açılıb.
FTX əməkdaşları hazırda qanunsuz fəaliyyətin mümkün iştirakçılarını və digər elementlərini müəyyən etməyə davam edirlər.
QAZİLER.AZ