AZ

"SOCAR Karbamid" zavodu daxili bazarın ehtiyaclarını tam ödəyir

Sumqayıt şəhərində yerləşən "SOCAR Karbamid" zavodu daxili bazarın ehtiyaclarını tam ödəyir.

"İki sahil" xəbər verir ki, bu barədə zavoda təşkil olunan media-tur çərçivəsində müəssisənin direktoru Kutay Durna bildirib.

Onun sözlərinə görə, daxili ehtiyacları ödəməsinə istehsalın 12%-i yönəldilir. Zavodda istehsal olunan məhsulun qalan hissəsi ixrac olunur.

Kutay Durna onu da qeyd edib ki, "SOCAR Karbamid" zavodu regionda ən iri karbamid zavodudur.  Zavodun direktoru bildirib ki, zavod 2024-cü ildə Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanadaya məhsul ixrac edib.

 "Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik. Çünki bizim zavod keyfiyyətli məhsul istehsal edir. Zavodun istehsal gücü isə 650 min tondur", - Kutay Durna vurğulayıb.

O xatırladıb ki, bu yaxınlarda “SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə (Global Lighthouse Network) üzv qəbul edilib, eləcə də Forumun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb. Bu nailiyyət zavodda istehsalatın rəqəmsallaşdırılması, süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi və enerji səmərəliliyi sahəsində əldə olunan uğurların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Seçilən
60
ikisahil.az

1Mənbələr