AZ

Ərdoğan Trampla telefon danışığından bəhs edib

Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla məhsuldar telefon danışığı apardığını və tərəflərin Suriya ilə bağlı vəziyyəti müzakirə etdiyini bildirib.

Xalqcebhesi.az xəbər verir ki, Ərdoğan bunu parlamentdəki çıxışı zamanı bildirib.

Türkiyə lideri parlamentdə çıxışı zamanı deyib ki, siyasətçilər Suriyanın təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək bir çox mühüm məsələni, o cümlədən İŞİD-ə qarşı birgə mübarizəni müzakirə ediblər.

Ərdoğan həmçinin kürd koalisiyası “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə Dəməşq arasında əldə olunan razılaşmanın icrasının, SDQ-nin nəzarətində olan digər ərazilərin və orada yaşayan mülki əhalinin yaxın zamanda azadlığa qovuşmasına, bununla da vahid Suriyanın formalaşmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Məryəm Quliyeva

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr