Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
""Like" yüzbaşıları", "bəyənmə onbaşıları" və azalan rəylər...
Əli Kərimlinin qruplaşması ilə bağlı sosial şəbəkələrdə yayılan fotofaktlar özünü lideri hesab etdiyi AXCP-nin baş hərflərinin sayı qədər tərəfdarının olduğunu bir daha təsdiqləyir.
Bir qayda olaraq, Əli Kərimlinin istər həbsindən əvvəl, istərsə də az müddət sonra “Facebook” səhifəsində paylaşımlar edilir, altında bəyənmə “yarışması”na başlanılırdı. Beləcə, şişirtmə rəqəmlərlə çoxsaylı sosial baza və yüksək reytin görüntüsü yaradılırdı.
Bu prinsip, yəni saxta rəy yaratmaq Əli Kərimlinin fəaliyyətinin başlıca prinsipini təşkil edib. Sosial baza problemi yaşayan, lakin ictimaiyyəti manipulyasiya etməyə çalışan AXCP sədri bu yalançı statistika ilə özünü gündəmdə saxlamağa çalışırdı.
Əslində, onun bu cür feyk reytinq toplama üsulundan istifadə etdiyi hər kəsə aydın idi. Jurnalistlər bu barədə yazıb saxta rəqəmləri ifşa edəndə başqa vaxt söz və mətbuat azadlığından dəm vuran Əli Kərimli mediaya hücuma keçir, hay-küy salır, özünə qarşı böhtan kampaniyası aparıldığını iddia edirdi.
O zaman bunun həqiqət olduğunu ortaya çıxarmaq üçün daha yetərli və aydın bir fakt, daha doğrusu, fotofaktlar toplusundan birincisi. Əli Kərimlinin “gəncləri” yeyib-içir, əylənirlər. Təbii ki, onların yeməyinə, badə vurub bir-birinə tost deməyinə heç kim irad bildirmir.
Bu, onların öz şəxsi həyatı və haqlarıdır. Amma burada güzgü kimi aydın görünən bir həqiqət payı da var. Yeyib-içib, meyxoş olanda onları nə Əli Kərimli maraqlandırır, nə də onun siyasi reytinqi.
İkinci fakt isə daha acınacaqlıdır. Əli Kərimlinin “Facebook” səhifəsində bir zamanlar paylaşımları bəyənmək tapşırığı ilə AXCP-yə cəlb edilmişlərin artıq “perepiska” ilə məşğul olduqları bir daha aydın olur. Necə deyərlər, hər kəs dağılışıb öz evinə-eşiyinə.
Yazılan rəylər, bəyənmələr az qala minlər formasında göz çıxarırdı. İndi bu bəyənmələr də, rəylər də yoxa çıxıb. “”Like” yüzbaşıları”, “bəyənmə onbaşıları” əllərində olan feyk profillərdə nə yazmaq, necə yazmaq tezisini ala bilmirlər. Bu tezisləri Əli Kərimli birbaşa yazır və günlük “like”, “bəyənmə” statistikası müəyənləşdirirdi.
Əli Kərimlinin həbsi ilə “azadlığa çıxan” bu “perepiska ordusu” indi öz həyatını yaşayır. Bir daha Əli Kərimlinin yanında “papağını günə yandırmağın” mənasız olduğunu indi hər kəs yaxşı anlayır. Çünki Əli Kərimli ilə gedilən yolun sonunun olmadığını, bunun heç bir perspektiv vəd etmədiyini anlayırlar.
Ümumiyyətlə, yanlız gənclər deyil, Əli Kərimlinin vaxtilə aldadıb öz tərəfinə çəkdiyi hər kəs saxta reytinq hesabına nəyəsə nail olmağın qeyri-mümkün olduğunun bird aha fərqini gördülər. Hər kəs yaxşı bilir ki, siyasi nüfuzu olmayan, şişirtmə bəyənmələr hesabına özünə xal toplamağa çalışan adamdan lider olmayıb və heç vaxt da olası deyildi.
Bu cür qondarma liderlərin bir günlük qar topası qədər siyasi ömrü var. Belələri əvvəl-axır “buxarlanıb” gedirlər. Necə ki, Əri Kərimli həbsdə keçirdiyi ikinci ayı tamam olmadan buxarlanıb yaddaşlardan silinib...
Süleyman
"Cebheinfo.az"
Açar sözlər:
Əli Kərimli “Facebook”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.