AZ

"Buraxdığımız ikinci qol ağır zərbə oldu" - Yulmann "Olimpiakos"a məğlubiyyəti dəyərləndirdi

Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda səfərdə "Olimpiakos"a 0:2 hesabı ilə uduzan "Bayer Leverkuzen"in baş məşqçisi Kasper Yulmann yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

İlk iki dəqiqədə passiv təsir bağışladıq. Künc zərbəsindən sonra erkən qol buraxdıq. Buna yol verməməliydik. Ardından toparlandıq, iki-üç yüzfaizli qol vəziyyəti yaratdıq. Lakin şansları dəyərləndirməyi bacarmadıq. qol vursaydıq, oyunun taleyini dəyişə bilərdik. Amma əks-hücumda yaxalandıq və buraxdığımız ikinci qol bizim üçün ağır zərbə oldu.

İndi "Vilyarreal"ı məğlub etməliyik. Rəqib güclüdür, ancaq yolumuza adavam etmək istəyirik".

Nihat

Seçilən
18
1
fanat.az

2Mənbələr