AZ

İraq Kürdüstanında Türkiyə bayrağı təhqir edildi – VİDEO

İraq Kürdüstanında Türkiyə bayrağının təhqir olunmasına dair görüntülər yayılıb.

NOCOMMENT.az xəbər veirr ki, kadrlar Türkiyəyə məxsus “Telegram” kanalları tərəfindən paylaşılıb və bildirilib ki, insident Ərbil şəhərində baş verib.

Məlumata görə, hadisə açıq təxribat xarakteri daşıyır və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Görüntülərdə Türkiyə bayrağına qarşı hörmətsiz davranış açıq şəkildə əks olunur.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə Suriya ilə sərhəd bölgəsində Türkiyə bayrağı ilə bağlı oxşar təxribat işi üzrə 14 nəfər saxlanılıb. Ümumilikdə həmin iş üzrə 50 nəfərin barəsində həbs qərarı verilib, onlardan 35-i artıq tutulub. Hazırda bayrağın endirilməsini videoya çəkən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Hadisə Türkiyə ictimaiyyətində ciddi narazılıq doğurub və rəsmi qurumların məsələyə reaksiya verəcəyi gözlənilir.

Seçilən
87
nocomment.az

1Mənbələr