AZ

Trampı Davosa aparan təyyarədə nə baş verib?

Donald Trampı Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) aparan təyyarəsində nə baş verib? ABŞ prezidentinin təyyarəsi niyə yarı yolda məcburi eniş edib?

Publika.az xəbər verir ki, rusiyalı hərbi pilot və general-mayor Vladimir Popov bu suallara cavab tapmağa çalışıb.

O, nasazlığın səbəbi barədə "Aif.ru"ya danışıb: "Bunun cinayət olması ehtimalı azdır. Çox güman ki, mühərrik generatoru və ya kabinənin köməkçi həyat təminatı sistemi sıradan çıxıb".

Popov əlavə edib ki, bəzi hallarda yalnız müəyyən naviqasiya, əməliyyat və təhlükəsizlik komponentlərinin işlək vəziyyətdə olması, digər komponentlərin isə ehtiyaca uyğun olaraq yenidən aktivləşdirilməsi üçün artıq gərginliyi aradan qaldırmaq lazım gəlir. Bu, kabin işıqlarının sönməsinə, sonradan yenidən yandırılmasına və ya təcili yardım sisteminə keçirilməsinə səbəb ola bilər.

Mütəxəssis, həmçinin qeyd edib ki, bu cür hallar üçün aydın prosedurlar mövcuddur. Əgər uçuşdan əvvəl nasazlıq baş verərsə, dərhal ehtiyat təyyarəsi işə salınır.

Seçilən
13
publika.az

1Mənbələr