ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kayrat”ın futbolçusu Adilet Sadibekov Çempionlar Liqasında “Brügge”yə uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 1:4 hesabıyla bitən matçda komandasının yeganə qolunu vuran qazax futbolçu bunları deyib:
“Çətin oyun oldu. Oyumuza sadiq qaldıq və mübarizə apardıq. İlk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm.
Vurduğu qol mənimçün çox vacib idi. Ötən il zədədən sonra çox əziyyət çəkmişdim. 5-10 dəqiqə şans qazanmaq, özümü sübut etmək istəyirdim. Çempionlar Liqasında qol vurduğum üçün çox sevincliyəm”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.