AZ

Pentaqon Yaxın Şərqdə hərbi aviasiyanın yerləşdirilməsinə başladı

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərq regionunda hərbi aviasiyanın yerləşdirilməsinə start verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ bölgəyə “USS Abraham Lincoln” aviadaşıyıcısını, eləcə də döyüş təyyarələrini göndərir. Nəşrin yazdığına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E tipli qırıcılar bazar günü İordaniyada eniş edib.

Qeyd olunur ki, Vaşinqtonun bu addımı regionda artan gərginlik fonunda atılıb. Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sədr müavini Əhməd Vahidi İran Silahlı Qüvvələrinin tam döyüş hazırlığı vəziyyətində olduğunu bəyan etmişdi.

ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi bölgədəki təhlükəsizlik balansına təsir göstərə biləcək mühüm addım kimi qiymətləndirilir.

Aliyə

Seçilən
58
nocomment.az

1Mənbələr