“Ayaks”da gözlənilən təyinat rəsmiləşib. Yordi Kroyffun idman direktoru vəzifəsinə təyin olunması ilə bağlı məlumat yayılıb.
"Football-plus.az" xəbər verir ki, Amsterdam klubunun mətbuat xidmətinin məlumatına görə, 51 yaşlı mütəxəssisin fevral ayının əvvəlində vəzifəsinin icrasına başlayacağı gözlənilir. Onunla bağlanan müqavilənin müddəti 2028-ci il iyunun 30-dək qüvvədə olacaq.
Kroyff son illər İndoneziya futbol strukturlarında məsləhətçi kimi fəaliyyət göstərib. O, daha əvvəl “Barselona”da klubun idman istiqamətli inkişafına cavabdeh olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta