AZ

“Yuventus”a dönmək üçün maaşının azalmasına hazırdır - “Qarabağ”ın rəqibinin vingeri

“Liverpul”un vingeri Federiko Kyeza “Yuventus”a geri dönmək istəyir.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Turin klubuna qayıtmaq üçün illik 6 milyon avro olan maaşından güzəşt etməyə hazırdır.

Kyeza 2024-cü ilin yayında “Yuventus”dan “Liverpul”a keçmişdi.

O, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 21 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

İtaliyalı futbolçunun Turin klubuna qayıtması həm “Yuventus”un, həm də özünün maraqlarına uyğun görünür. Onun hazırkı komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
20
sportinfo.az

1Mənbələr