Amma administrasiyanın daxilində İranın vurulmasına qarşı olan qruplar son anda Trampı bu addımın effekt verməyəcəyinə inandıra biliblər. Onların fikrincə, hazırda ABŞ-nin Yaxın Şərqdə İranla uzunmüddətli hərbi əməliyyat aparmaq və bu zaman həm özünün regiondakı bazalarının, həm də müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək qədər qüvvəsi yoxdur.
İran diplomatları da Ağ Evi belə addımdan çəkindirmək üçün geniş fəaliyyət göstəriblər. Onlar ərəb ölkələrinin hökumətləri ilə əlaqəyə girərək, Trampı bu addımdan çəkindirmələrini istəyiblər. Tehran bildirib ki, əks halda ABŞ-nin Qətər, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazaları cavab zərbələrinin hədəfi olacaq.
Yanvarın 14-də Trampın İranı vurmaqla bağlı ritorikası bir qədər yumşalıb və o, İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb. Netanyahu da eyni fikirdə olub ki, hazırda İranı vurmaq istənilən effekti verməyəcək. Buna bir qədər də yaxşı hazırlaşmaq lazımdır.
Nəticədə Tramp planını təxirə salsa da, yanvarın 15-dən başlayaraq, ABŞ regiona əlavə hərbi qüvvələr göndərməyə başlayıb. Hazırda Pentaqon Yaxın Şərqdə “Patriot” müdafiə komplesklərinin sayını da artırmaqla məşğuldur.
Yada salaq ki, ABŞ prezidenti rəsmi Tehrana xəbərdarlıq edərək, əgər etirazçılar qətlə yetirilsə, İrana zərbə endirəcəyini demişdi. Rəsmi məlumatagörə,iğtişaşların nəicəsində ölənlərin sayı 5000 nəfəri keçib. Onların 500 nəfəri təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Qeyri-rəsmi mənbələr isə hətta bundan 3 dəfə böyük rəqəmlər də göstərirlər. Ən sərt toqquşmaların kürdlərin yaşadığı bölgələrdə baş verdiyi bildirilir.
“Hudson” İnstitutunun elmi əməkdaşıLük Koffiyazır ki,İrana zərbələrin vurulması ehtimalı Azərbaycan, Gürcüstan və Ermənistanı da narahat edirdi. Çünki hər 3 ölkənin İranla əlaqələri var və müharibə nəticəsində yarana biləcək fəsadlardan, io cümlədən, humanitar böhrandan narahat olmaya bilməzlər.
Amerikalı ekspertlərə görə, İranda vəziyyətin kəskinləşməsi yaxın qonşularından əlavə, Rusiya və Türkiyə kimi böyük oyunçuları da narahat edir. Çünki vəziyyətin bir qədər də gərginləşməsi həm Yaxın Şərqdə, həm Güney Qafqazda, həm də Orta Asiyada proseslərin inkişafına təsir göstərəcək.
Deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, ABŞ İrana hərbi zərbəendirmək planından tam şəkildə vaz keçməyib. Sadəcə, yaranmış fürsətdən istifadə etməyə hazır olmadığı üçün planlarını təxirə salıb. Bu isə İran ətrafında oyunların bitmədiyi, yaxın gələcəkdə yeni mərhələnin başlayacağı deməkdir.
Vüsal Məmmədov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta