AZ

“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində

Bakı. Trend:

Fevralın 4-də Heydər Əliyev Mərkəzində təsirli ictimai sənətnümunələri yaradan məşhur sənətkarlar - britaniyalı və avstraliyalıheykəltaraşlar Cili və Mark Şatnerin (Gillie and MarcSchattner) sərgisi açılacaq.

Trend xəbər verir ki, vəhşitəbiətin fədakar müdafiəçiləri kimi tanınan Cili və Mark incəsənətitəbiətin mühafizəsində mühüm bir platformaya çeviriblər. Bakıdakı“Vəhşi təbiətin super qəhrəmanları” (The Superheroes ofWildlife) sərgisi də vəhşi təbiətin üzləşdiyi çətinlikləri birdaha gündəmə gətirərək cəsarət və ümid dolu baxış təqdimedəcək.

Sərgidə nümayiş olunacaq rəngkarlıq əsərləri, kiçik və iriölçülü heykəllər bizi təbiətin mühafizəsində ortaq məsuliyyətimizhaqqında düşünməyə çağırır. Bununla da incəsənət vasitəsilə dünyayaönəmli bir çağırış ötürüləcək: vəhşi təbiəti sevgi ilə əhatə etmək,onun qorunub-saxlanılması üçün mübarizə aparmaq.

Cili və Mark Şatner cütlüyü təsadüfi görüş nəticəsində 1990-cıildə Honq Konqda bir filmin çəkiliş meydançasında tanış olublar. Odövrdə model olan Cilli və kreativ direktor kimi çalışan Mark yeddigün sonra ailə həyatı qurublar. “The New York Times” qəzeti onları“Nyu-York tarixində ən uğurlu və ən çox əsər yaradan ictimai sənətmüəllifləri” adlandırır. Onların monumental heykəlləri Nyu-York,London, Sinqapur, Sidney, Şanxay da daxil olmaqla dünyanın 250-dənçox şəhərində nümayiş etdirilib.

Seçilən
106
5
az.trend.az

6Mənbələr