Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"SOCAR Karbamid" zavodu ölkə daxilində karbamidə olan tələbatın tam şəkildə ödənilməsini təmin edir. Bu isə ümumi istehsal həcminin 12 faizinə bərabərdir.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR Karbamid Zavodunun direktoru Kutay Durna müəssisənin Dünya İqtisadi Forumunun "Qlobal Mayak" Şəbəkəsinə üzv qəbul olunması ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
Direktorun sözlərinə görə, zavod 2024-cü il ərzində Türkiyə, Ukrayna, Bolqarıstan, Rumıniya və Kanada bazarlarına məhsul ixrac edib.
O qeyd edib ki, logistik məhdudiyyətlər aradan qalxarsa, ABŞ bazarına da ixrac imkanları mövcuddur. Kutay Durna vurğulayıb ki, "SOCAR Karbamid" beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsul istehsal edir və zavodun illik istehsal gücü 650 min ton təşkil edir.
Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.