Almaniyanın Trier şəhərində qeyri-adi oğurluq hadisəsi baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ev sahibi səhər saat 5 radələrində mənzilindən qəribə səs eşidib.
Evi yoxlamaq üçün yatağından qalxan alman mətbəxdəki sobanın yanında sakitcə makaron bişirən bir oğrunu görüb.
Naməlum şəxs ev sahibini gördükdən dərhal sonra evdənq açıb. Qısa zamanda o, qatar stansiyasında gözdən itib.
Polis müəyyən edib ki, oğru mənzilə asanlıqla daxil olub, lakin heç nə oğurlamayıb. O, hələ də axtarışdadır.