AZ

“Toyota” yoldan çıxaraq supermarketə girdi - VİDEO

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində ağır qəza olub.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarında “Toyota” markalı 90-YK-749 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq supermarketə çırpılıb.

Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirilib. Avtomobil isə yararsız hala düşüb.

Seçilən
44
4
bakivaxti.az

5Mənbələr