Naməlum şəxs Portuqaliyanın Madeyra əyalətinin Funşal şəhərində futbolçu Kriştiano Ronaldonun heykəlini yandırıb.
"Yeni Sabah" Correio da Manha-ya istinadla xəbər verir ki, kişi portuqaliyalı futbolçunun muzeyinin yanında yerləşən heykəlin üzərinə tezalışan maye töküb, sonra isə od vurub.
O, hərəkətlərini lentə alıb və sosial mediada paylaşıb.
Yerli polis hazırda vandalı axtarır.
40 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının, Avropa çempionunun və ikiqat UEFA Millətlər Liqasının qalibidir. O, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayır.
Telegram kanalımız