AZ

8 milyon manatdan çox vurulmuş ziyanın ödənilməsi təmin olunub

ain.az bildirir, Milli.az portalına istinadən.

Bakı şəhərinin prokurorluq orqanları tərəfindən hesabat dövründə 258 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində məlumat verilib. 

Bildirilib ki, Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 13.827.887 manat məbləğində maddi ziyanın 8.243.898 manatı və ya 59,6 %-nin ödənilməsi təmin olunub. 

Ayxan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
news.milli.az

4Mənbələr