JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
“Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqi açıqlanıb. Sözügedən reytinqdə Azərbaycan Texniki Universiteti (AzTU) ilk dəfə iştirak edərək 1251+ pillədə yer alıb.AzTU reytinq çərçivəsində “Mühəndislik” və “Fizika elmləri” sahələri üzrə qiymətləndirilib. Bu nəticə universitetdə müvafiq sahələr üzrə tədris və elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, akademik potensialın gücləndirilməsi və beynəlxalq akademik mühitə inteqrasiya istiqamətində aparılan tədbirlərin göstəricisi kimi dəyərləndirilir.Qeyd edək ki, THE-nin sahələr üzrə fənn reytinqinin metodologiyası 5 əsas istiqamət və 18 meyar əsasında formalaşdırılır. Qiymətləndirmə prosesinə tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye ilə əməkdaşlıq və beynəlmiləlləşmə göstəriciləri daxildir. Bu yanaşma universitetlərin akademik və elmi fəaliyyətinin kompleks şəkildə qiymətləndirilməsinə imkan yaradır.AzTU-nun THE-nin fənn reytinqində təmsil olunması universitetin institusional inkişaf strategiyasının icrası, elmi-tədqiqat fəaliyyətinin nəticəliliyi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX