AZ

Uitkoff: Cümə axşamı Putinlə görüşəcəyimə ümid edirəm

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff cümə axşamı Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyinə ümid etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki o, son həftələr Ukrayna böhranının həlli istiqamətində “böyük irəliləyiş” əldə olunduğunu bildirib.

Uitkoff bu fikirləri CNBC telekanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, danışıqlarda müəyyən pozitiv dinamika müşahidə olunsa da, ərazi məsələsi hələ də əsas maneə olaraq qalır.

ABŞ-nin xüsusi nümayəndəsi həmçinin qeyd edib ki, Vaşinqton “Sülh Şurası”na həm Rusiya, həm də Ukraynanın qoşulmasını təklif edib. Hazırda ABŞ tərəfi hər iki ölkədən bu təşəbbüslə bağlı rəsmi razılıq gözləyir.

Uitkoffun açıqlamaları beynəlxalq ictimaiyyətdə Ukrayna münaqişəsinin diplomatik yolla həlli perspektivlərinə dair müzakirələri yenidən gündəmə gətirib.

Aliyə

Seçilən
62
nocomment.az

1Mənbələr