ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək. Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq. Milli Məclisin deputatı Aqil Abbas Demokrat.az-a açıqlamasında deyib ki, Qarabağ bu gün qələbə qazanacaq:“Mən bu qələbəyə sadəcə ümid etmirəm, mən ona inanıram. İnanıram ki, Qarabağ bu gün qalib gələcək. Hesabı dəqiq demək çətindir, amma bir top fərqi ilə qalib gələcəyimizi düşünürəm. Oyunu evdən izləyəcəyəm, çünki stadiona gedə bilmirəm — çox həyəcanlanıram. Açığı, evdə olanda da həyəcan keçirirəm. Buna baxmayaraq, oyunu böyük həvəslə izləyirəm”.Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.