AZ

"SOCAR Karbamid" zavodunun hədəfləri açıqlanıb

Bakı. Trend:

"SOCAR Karbamid" zavodunun ilk hədəfi daxili tələbatıödəməkdir.

Trend xəbərverir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) KarbamidZavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun"Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçiriləntədbirdə bildirib.

O vurğulayıb ki, karbamidin dünya bazarında qızıl, neft kimiqiymətləri var: "Bu qiymət həftəlik, gündəlik dəyişir. Məsələn,Misirdə, Səudiyyə Ərəbistanında, Türkiyədə və ya Avropa ölkələrindəonun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganəmüəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu satabilmədiyimiz bir dövr olarsa, logistika xərclərini də qəbul edərəkdigər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç birproblem yoxdur. Çünki biz normal ümumi karbamid qiymətinə nisbətən,sırf bu keyfiyyətinə görə onu 10-20 dollar daha baha satdığımızvaxtlar olur".

Direktorun sözlərinə görə, zavodun birinci hədəfi ilk növbədədaxili bazarı ödəməkdir: "Yəni daxili bazardakı bütün fermerləritəmin etdikdən sonra 85-90%-lik yerdə qalan hissəni ixrac edirik.Hədəfimiz maksimum güclə istehsal etməkdir ki, müştəriyə də malverə bilək. Bir sözlə, nə qədər istehsal ediriksə, hamısını satabilirik. Yəni bizim sata bilməməklə bağlı problemimiz yoxdur.Maksimum güclə istehsal etdiyimiz təqdirdə hamısını satabilirik".

Məqalədə:
Seçilən
69
3
az.trend.az

4Mənbələr