AZ

Bakı ilə Kabul minatəmizləmə və fövqəladə hallar sahəsində qarşılıqlı əlaqələri müzakirə edib

Əfqanıstanın Fövqəladə Hallara Hazırlığın Təmin Edilməsi üzrə Milli İdarəsinin rəhbəri Nurəddin Turabi Azərbaycanın Kabildəki səfiri İlham Məmmədovla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Əfqanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, tərəflər təbii fəlakətlərin idarə olunması, minatəmizləmə və infrastruktur layihələri üzrə qarşılıqlı fəaliyyət sahəsində mümkün əməkdaşlıq istiqamətlərini, eləcə də siyasi və humanitar xarakterli məsələləri müzakirə ediblər.

Seçilən
22
far.az

1Mənbələr