Pedro Fernandes arzuolunmaz vəziyyətə düşüb.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik futbolçunun əsas komanda ilə məşq etməsini qadağan edib. 18 yaşlı yarımmüdafiəçiyə indi “Barselona”nın məşq mərkəzində sadəcə fərdi məşq etməyə icazə verilib. Onun komanda ilə məşqinə qadağa qoyulmasının səbəbi isə hələlik məlum deyil.
Yeri gəlmişkən, bir müddət əvvəl PSJ-nin Pedro ilə maraqlandığı və bu komandanın baş məşqçisi Luis Enrikenin şəxsən onu sərəncamında görmək istədiyi haqda xəbərlər yayılmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta