Acunun "sağ əli" haqda saxlanılma qərarı
Xəbər verdiyimiz kimi, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırması çərçivəsində sosial media fenomeni Bilal Hancı və Mehmet Üstündağ, Abdi İbrahim sahibi Nezih Barutun oğlu İbrahim Barut və Huzur Giyim sahibi Turqut Gençalın oğlu Abdullah Gençal dünən saxlanılaraq istintaqa cəlb olunublar.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, narkotik maddənin aşkarlanması üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna saç və qan nümunələri təqdim edən şübhəlilər məhkəməyə göndərilib.
Barələrində həbs qərarı çıxarılan şübhəlilərdən üçünün xaricdə olduğu bildirilirdi. Xaricdə olduğu müəyyən edilən şübhəlilərdən birinin "Acun Medya"nın baş koordinatoru Esat Yontunç olduğu məlum olub.
Yontunç haqqında həbs qərarı verilib.