AZ

Vidadi Zeynalovun əmlak işində Əqli Mülkiyyət Agentliyinin vəzifəli şəxsinin adı keçir - İddia » AzadMedia.az



Hərrac, qaynın adına mülklər və cavabsız qalan suallar


Vidadi Zeynalovun əmlak işində Əqli Mülkiyyət Agentliyinin vəzifəli şəxsinin adı keçir.
Xaricdə yaşayan tanınmış bloger Cavanşir Həsənlinin paylaşdığı məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun əmlak imperiyası ilə bağlı yeni və ciddi suallar doğurur. Məlumata görə, Vidadi Zeynalova məxsus olduğu bildirilən əmlaklar hazırda hərraca çıxarılıb. Bu barədə bu gün musavat.com saytında da geniş siyahı dərc olunub.
Məsələnin ən diqqətçəkən tərəfi isə hərraca çıxarılan mənzillərdən ikisinin Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının sədri – sədrin müşaviri Fuad Hüseyn oğlu Kərimovun, yəni Vidadi Zeynalovun qaynının adına rəsmiləşdirilməsi ilə bağlıdır.
Burada haqlı suallar meydana çıxır. Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının sədri öz adına olan mülkiyyətə hüquqi şəkildə sahib çıxa bilmirsə, bu, hansı səbəbdəndir? Yox, əgər bu mülklər formal olaraq onun adına keçirilibsə, onda saxta mülkiyyətçilik və mümkün korrupsiya mexanizminin bir hissəsi olmaq ehtimalı gündəmə gəlir.
Başqa sözlə, söhbət sadəcə ailədaxili mülkiyyət münasibətlərindən gedir, yoxsa Vidadi Zeynalovun korrupsiya yolu ilə əldə etdiyi əmlakların yaxın qohumlar üzərindən leqallaşdırılması cəhdindən?
Xatırladaq ki, musavat.com-un yaydığı siyahı Vidadi Zeynalovun adına (və ya onunla əlaqəli şəxslərin adına) olan daşınmaz əmlakların miqyasının kifayət qədər geniş olduğunu göstərir. Bu isə illərdir cəmiyyətdə müzakirə olunan “vəzifə – əmlak – ailə zənciri” mövzusunu yenidən gündəmə gətirir.
Ortada olan faktlar bir daha göstərir ki, məsələ təkcə bir məmurun əmlakı ilə bitmir. Söhbət dövlət vəzifəsi tutan şəxslərin şəffaflığı, mülkiyyətin real sahibinin kim olması və qanun qarşısında bərabərlik prinsipindən gedir.
Bu suallar cavabsız qaldıqca, cəmiyyətin şübhələri də artmaqda, dövlət büdcəsi talanmaqda davam edəcək.
Seçilən
37
1
azadmedia.az

2Mənbələr