2025-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rayonlararası qatarları ilə ən çox səyahət edən sərnişin məlum olub.
Publika.az ADY-yə istinadla xəbər verir ki, ötən il ərzində qatarlarla ən çox səfər edən sərnişin Jalə Ələkbərova olub.
Uşaq musiqi məktəbində müəllim işləyən Jalə Ələkbərova il ərzində 144 dəfə Gəncə-Qovlar istiqamətində və geriyə səfər edib.