AZ

Ukrayna ilə sülh sazişi üzrə işlərin 90%-i tamamlanıb - Uitkoff

ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff Moskvaya səfəri ərəfəsində Ukraynada sülh sazişi üzərində işlərin ən azı 90%-nin tamamlandığını bildirib.

Missiya.Az xəbər verir ki, o bu barədə "Bloomberg" agentliyinə açıqlamasında deyib.

“Ukraynalılar işin 90%-ni yerinə yetirdiyimizi bildirdilər və mən onlarla razıyam. Əslində, düşünürəm ki, daha da böyük irəliləyiş əldə etmişik”, – deyə Uitkoff vurğulayıb.

ABŞ-nin xüsusi elçisi bütün tərəflərin sülh razılaşmasının əldə olunmasında maraqlı olduğunu qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
64
missiya.az

1Mənbələr