AZ

“Xiaomi”dən yeni smartfon

Xiaomi yeni smartfonunu təqdim etməyə hazırlaşır. Yeni modelin əsas kameraları oval formalı modulda yerləşdirilib və dizayn baxımından “iPhone 17” seriyasında istifadə olunan həlli xatırladır. Şirkət tezliklə təqdim edilməsi gözlənilən “Redmi Turbo 5 Max” smartfonu ilə bağlı yeni detallar açıqlamaqdadır. Rəsmi təqdimat tarixi hələ elan olunmasa da, cihazın dizaynını və texniki imkanlarını nümayiş etdirən tizer görüntülər artıq internetdə yayılıb.

Smartfon incə çərçivələrə malik, kənarları yüngül əyilmiş böyük ölçülü OLED ekranla təchiz olunacaq. Arxa hissədə isə şaquli formada yerləşdirilmiş ikili kamera bloku yer alır ki, bu da dizayn baxımından “iPhone 17” modellərinə bənzər görünüş yaradır. Qurğunun çərçivəsi metal materialdan hazırlanıb.

“Redmi Turbo 5 Max”ın ən diqqətçəkən xüsusiyyəti 9000 mA·s tutumlu güclü batareyasıdır. Bu göstərici Xiaomi smartfonları üçün rekord hesab olunur və bazardakı ən iri batareyalardan biri sayılır. Telefon həmçinin 100 vattlıq naqilli sürətli enerji yığma texnologiyasını dəstəkləyəcək.

Yeni smartfonun yaxın həftələrdə təqdim olunacağı gözlənilir. İlkin məlumatlara görə, qiyməti 350 ABŞ dolları səviyyəsində olacaq. Qlobal bazarda isə cihazın “Poco X8 Pro Max” adı ilə satışa çıxarılması ehtimal edilir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr