AZ

Bəşər Əsədin əmisi VƏFAT EDİB

Ajans.az “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, o, 2024-cü ilin sonlarında Suriyada baş verən siyasi dəyişikliklərdən sonra Birləşmiş Ərəb Əmirliklərində vəfat edib. Rifat əl-Əsəd 1971–2000-ci illərdə Suriyaya rəhbərlik etmiş Hafiz əl-Əsədin kiçik qardaşı olub. O, 1983-cü ildə hakimiyyətə qarşı uğursuz çevriliş cəhdindən sonra ölkəni tərk edib. Buna baxmayaraq, 1984–1998-ci illərdə Suriyanın vitse-prezidenti vəzifəsini tutub. 2021-ci ildə Bəşər Əsəd Fransada məhkəmə təqibindən yayınması üçün əmisinin Suriyaya qayıtmasına icazə verib. Bu qərar Rifat əl-Əsədin siyasi fəaliyyətdən tam çəkilməsi şərti ilə qəbul olunub. Qeyd edək ki, 2020-ci ildə Paris məhkəməsi Rifat əl-Əsədi 1996–2016-cı illər ərzində daşınmaz əmlak fırıldaqları və Suriya dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilərək onu dörd il azadlıqdan məhrum edib. Məhkəmə həmçinin onun Fransadakı təxminən 100 milyon avro, Londondakı isə 29 milyon avro dəyərində aktivlərinin müsadirəsinə qərar verib.  

Seçilən
94
Ajans.az

1Mənbələr