AZ

Avropa İttifaqı ABŞ-ni qarşılıqlı gömrük rüsumları ilə hədələdi

Bakı. Trend:

Avropa İttifaqı Qrenlandiya məsələsi ətrafında yaranmış ticarətmübahisəsi ilə əlaqədar qısa müddət ərzində ABŞ mallarına qarşıqarşılıqlı gömrük rüsumları tətbiq edə bilər.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Avropa Komissiyasının üzvü ValdisDombrovskis bildirib.

“Qarşılıqlı rüsumlara gəlincə, biz həqiqətən onları tez birzamanda tətbiq edə bilərik”, -deyə o Dombrovskis deyib.

O izah edib ki, belə tədbirlər paketi hələ 2025-ci ildəhazırlanmışdı, lakin mübahisələrin həlli üzrə danışıqlargetdiyindən tətbiq olunmamışdı. Onun sözlərinə görə, eyni zamanda,Aİ Qrenlandiya probleminə konstruktiv həll yolunun tapılmasınaüstünlük verir.

KİV yazır ki, bundan əvvəl Avropa İttifaqının nümayəndələriartıq fevral ayının əvvəllərində rüsumların tətbiqinə hazırolduqlarını bildiriblər.

Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Trampbildirib ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyini təmin etməkməqsədilə Qrenlandiyanı nəzarətə götürməyi planlaşdırır. Tramp bunuRusiya və Çin gəmilərinin adanı əhatə etməsi ilə izah edib.

Məqalədə:
Seçilən
172
1
az.trend.az

2Mənbələr