AZ

Vitali Kliçko: “Kiyevdə kritik vəziyyət yaranıb”

AzVision.az bildirir ki, bu barədə məlumat verən Ukrayna prezidenti Volodimir Zelenslinin sözlərinə görə, Kiyev və ətraf rayonlarla yanaşı, elektrik enerjisi ilə bağlı ən çətin vəziyyət həm də Xarkov və Sumı vilayətlərindədir.

“Təmir briqadaları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti, o cümlədən enerji şirkəti və kommunal xidmət işçiləri tam şəkildə səfərbər olunub. Vəziyyətlə bağlı keçirilən yığıncaqdazamanı şəbəkə və yarımstansiyaların təmirinin sürətləndirilməsi müzakirə edilib”,- Zelenski deyib.

Xatırladaq ki, yanvarın 20-nə keçən gecə Rusiya Kiyevə və Ukraynanın bir sıra bölgələrinə iri raket və pilotsuz təyyarələrlə zərbə endirib. Nəticədə Kiyevdə minlərlə çoxmənzilli bina istiliksiz qalıb. Yerli hakimiyyət orqanları Kiyevin sol sahilinin müvəqqəti olaraq susuz da qaldığını bildiriblər.

Rusiya Ukraynanın 3 vilayətinə zərbələr endirib
“Ukrenerqo” daha sonra elektrik enerjisi ilə bağlı ən çətin vəziyyətin Kiyevdə, eləcə də Kiyev, Poltava və cəbhəyanı Xarkov, Sumı və Donetsk vilayətlərində olduğunu açıqlayıb.
Kiyev şəhərinin meri Vitali Kliçko, öz növbəsində, Böyük Britaniyanın “The Times” qəzetinə müsahibəsində Rusiyanın kritik infrastruktura kütləvi zərbələrindən sonra yüz minlərlə insanın Ukraynanın paytaxtını tərk etdiyini söyləyib.

Açıqlanan məlumatlara əsasən, 3 milyon çox sakininyaşadığı Kiyev şəhərini 2026-cı ilin yanvar ayında – 600 min insan tərk edib. Kliçko əsas xidmətlərin - istilik, su təchizatı, elektrik enerjisi ilə bağlı vəziyyətini “kritik” adlandırıb.

O, yenidən paytaxt sakinlərinə mümkünsə Kiyevitərk etməyi məsləhət görüb, çünki ən azı iki həftə davam edəcəyi gözlənilən soyuq hava zamanı temperatur -18°C-ə düşüb.
Tələb olunan temperaturu saxlaya bilmədiyi üçün şəhər rəhbərliyi suyun donmasının və boruların partlamasının qarşısını almaq məqsədilə mərkəzi istilik və su təchizatı sistemlərini qurutmaq məcburiyyətində qalıb.

- Bəzi evlərdə o qədər soyuqdur ki, sakinlər tualetdən istifadə edə bilmirlər, çünki unitazlarda qabda su donub, pəncərələrin altlıqlarında kondensasiyadan buzlaqlar əmələ gəlib”, - Ukrayna paytaxtının meri deyib.

Vitali Kliçko Rusiya prezidenti Vladimir Putini Kiyevi“humanitar fəlakətə”sürükləməkdə ittiham edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
30
1
azvision.az

2Mənbələr