AZ

Bakı metrosu Maliyyə Nazirliyindən aldığı faizsiz krediti bağlayıb

"Bakı Metropoliteni" QSC ötən il fevralın 20-də Maliyyə Nazirliyindən aldığı 244,8 milyon manat faizsiz krediti bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, müvafiq ssuda müqaviləsi üzrə istifadə olunmuş vəsait mövcud qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinin iştirakı ilə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına bağlanılıb. Hal-hazırda həmin vəsaitin metronun nizamnamə kapitalına əlavə olunması istiqamətində müvafiq tədbirlər görülür.

Xatırladaq ki, ötən il "Bakı Metropoliteni" həmçinin hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat kapital vəsaiti alıb. Bundan başqa, bu il hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün isə şirkətə 42,662 milyon manat subsidiya ayırıb.

"Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır. ("Report")

Seçilən
8
4
ikisahil.az

5Mənbələr