AZ

Timoşenkonun əmlakına həbs qoyuldu

Ukraynada məhkəmə “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun əmlakına həbs qoyub, lakin onun şəxsi bank hesabındakı vəsaitlərin həbsinə qərar verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi yayıb.
 

Məlumata görə, məhkəmə Dnepropetrovskda yerləşən iki qaraja, altı mobil telefona, bir sistem blokuna və qaralama qeydlərə həbs qoyub. Bundan əlavə, 40 min dollar və 6,3 min dollar məbləğində vəsait də müsadirə edilib.


Məhkəmə Timoşenkonun həyat yoldaşına məxsus üç avtomobili — Toyota Land Cruiser, Audi A8 və QAZ markalı nəqliyyat vasitələrini də birgə mülkiyyət hesab edərək üzərinə həbs qoyub.

Eyni zamanda məhkəmə Timoşenkonun şəxsi hesabındakı vəsaitlərin həbsindən imtina edib. Buna səbəb kimi həmin hesabın deputatın yeganə gəlir mənbəyi olması göstərilib.

Məhkəmə iclası üç gün davam edib və bu müddətdə iki dəfə təxirə salınıb. Yanvarın 14-nə keçən gecə Ukraynanın antikorrupsiya qurumları Ali Radanın deputatlarının ələ alınması işi üzrə Kiyevdə “Batkivşina” Partiyasının ofisində axtarışlar aparıblar.

Timoşenkoya qanunsuz maddi üstünlük təklif etmə maddəsi ilə ittiham irəli sürülüb.
 

Onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ukrayna Milli Antikorrupsiya Bürosu tərəfindən yayımlanan audioyazılara əsasən, Timoşenko deputatlara parlamentdə müəyyən qaydada səs vermələri üçün ayda 10 min dollar təklif edib.


Yanvarın 16-da məhkəmə onun barəsində girov qoyulması şəklində qətimkan tədbiri seçib.

Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr