AZ

İran gərginliyi artırır: XİN başçısı HƏDƏLƏDİ

İranın xarici işlər naziri Abbas Əraqçı “The Wall Street Journal” qəzetində dərc olunan məqaləsində ölkəsinə qarşı mümkün hücumlara sərt cavab veriləcəyi ilə bağlı açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, İran yenidən hədəfə alınacağı təqdirdə, sahib olduğu bütün imkanlardan istifadə edərək “atəşli cavab” verəcək.

Əraqçı yazısında özünü həm diplomat, həm də keçmiş hərbi veteran kimi təqdim edərək, İranda baş verən etirazların səbəblərini daxili narazılıqlarla deyil, “daxili və xarici terrorçuların” ölkəyə sızması ilə əlaqələndirib. Onun iddiasına görə, məhz bu proseslərdən sonra etirazlar zorakı xarakter alıb və hakimiyyət beynəlxalq internetin məhdudlaşdırılması qərarını verməyə məcbur olub.

İran XİN rəhbəri etiraz aksiyalarını “terrorçuluğa əsaslanan fəaliyyət” kimi təqdim etməyə çalışaraq, ölkədə yaranmış ictimai-siyasi böhranın daxili səbəblərini arxa plana keçirməyə cəhd göstərib.

Bununla yanaşı, Abbas Əraqçı Qərb ölkələrini, xüsusilə də ABŞ-ni tənqid edərək bildirib ki, etirazçılara açıq şəkildə verilən dəstək bəyanatları vəziyyəti daha da gərginləşdirib və böhranın dərinləşməsinə səbəb olub.

Aliyə

Seçilən
69
nocomment.az

1Mənbələr