
Finlandiyanın ən böyük telekommunikasiya operatoru “Elisa” iyun ayının sonunda stasionar telefon xidmətini dayandıracaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti məlumat yayıb.
Məlumata görə, qərar həm fərdi, həm də korporativ müştəriləri əhatə edəcək. Müştərilər telefonların kəsilməsi ilə bağlı əvvəlcədən məlumatlandırılacaq.
Qərarın qəbul edilməsinə səbəb hazırda bir neçə min belə müştərinin qalması və onların sayının durmadan azalmasıdır.
Qəzetin yazdığına görə, xidmətin dayandırılmasından sonra abunəçilər nömrələrini saxlaya biləcəklər. Həmçinin, telefonların mobil rabitə üçün SIM kartlarla təchiz olunması gözlənilir.
Nəşr həmçinin qeyd edir ki, hazırda stasionar telefonlar əsasən faks, kommutator və lift telefonu kimi istifadə olunur.