AZ

Azərbaycan milli maraqlara əsaslanan siyasət yürüdərək mühüm nəticələr əldə edib – Deputat

Bakı. Trend:

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda “Euronews”televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlərinmahiyyətini, regional reallıqları və Azərbaycanın qlobalproseslərdə tutduğu mövqeni aydın şəkildə ortaya qoyur.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

Deputat bildirib ki, dövlət başçısının fikirlərindən aydın olurki, bu gün dünyada beynəlxalq hüququn universallığı əvvəlkidövrlərlə müqayisədə ciddi şəkildə zəifləyib və bir çox hallardamünasibətləri hüquq normaları deyil, güc balansımüəyyənləşdirir:

“Belə mürəkkəb şəraitdə Azərbaycan milli maraqlara əsaslanan,eyni zamanda beynəlxalq hüquqa uyğun düşünülmüş və ardıcıl siyasətyürüdərək mühüm nəticələr əldə edib. Suverenliyin və ərazibütövlüyünün bərpası bu siyasətin ən parlaq göstəricisidir.

Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nalayiq görülməsi isə Azərbaycanın regionda sülhün təmin olunmasıistiqamətində göstərdiyi səylərə verilən yüksək beynəlxalq qiymətkimi dəyərləndirilməlidir. Otuz ilə yaxın davam edən münaqişə vəqanlı qarşıdurmalardan sonra Cənubi Qafqazda yeni bir mərhələninbaşlanması, ilk dəfə olaraq real sülh mühitinin formalaşması tarixiəhəmiyyət daşıyır.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin qarşıdurmadanəməkdaşlıq mərhələsinə keçməsi, iqtisadi və humanitar əlaqələrinbərpa olunması göstərir ki, sülh yalnız siyasi deyil, eyni zamandapraktik faydalar yaradan bir prosesdir. Bu yanaşma regionda davamlıvə əbədi sülhün əsasını formalaşdırır”.

A.Həsənova qeyd edib ki, dövlət başçısının müsahibədəvurğuladığı mühüm məqamlardan biri də Azərbaycanın daxili sabitliyiilə bağlıdır:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkə daxilindətəhlükə mənbəyi mövcud deyil, bütün risklər əsasən xaricifaktorlarla bağlıdır. Azərbaycan uzun illər müharibə və işğalınağır nəticələrini yaşamış bir ölkə kimi sülhün, sabitliyin vəproqnozlaşdırıla bilən mühitin dəyərini çox yaxşı anlayır. Məhz busəbəbdən regionda təhlükəsizlik və qarşılıqlı etimad mühiti ölkəmizüçün prioritetdir.

Enerji məsələlərinə toxunan Prezident İlham Əliyev AzərbaycanınCənubi Qafqazda unikal mövqeyini bir daha diqqətə çatdırdı.Azərbaycan regionda həm neft, həm də qaz ixrac edən yeganə ölkəolmaqla yanaşı, Avropa enerji təhlükəsizliyinin etibarlıtərəfdaşına çevrilib. Hazırda ölkəmizin təbii qazı 16 ölkəyə ixracolunur ki, onların əksəriyyəti Avropa İttifaqının üzvləridir. Genişnəqliyyat infrastrukturu, müasir boru kəməri sistemi və zənginresurs bazası Azərbaycanın enerji sahəsində qlobal miqyasdaetibarlı və strateji oyunçu olduğunu təsdiqləyir”.

Deputat əlavə edib ki, müsahibədə Avropa ParlamentininAzərbaycana qarşı uzun müddətdir davam edən qərəzli mövqeyinə dəaydın münasibət bildirildi:

“Prezident İlham Əliyev vurğuladı ki, bu cür yanaşmalarAzərbaycanın müstəqil siyasətini qəbul etməyən müəyyən lobbiqruplarının təsirinin nəticəsidir və rəsmi Bakı artıq bu əsassızittihamlara reaksiya vermir. Azərbaycan Avropa Komissiyası iləkonstruktiv əməkdaşlığı davam etdirməklə, qarşılıqlı hörmət vəmaraqlara əsaslanan münasibətlərin tərəfdarı olduğunu nümayişetdirir.

Ümumilikdə, bu müsahibə bir daha göstərir ki, Azərbaycanregional və qlobal miqyasda sabitliyə, əməkdaşlığa və sülhə töhfəverən məsuliyyətli dövlətdir. Prezident İlham Əliyevinsəsləndirdiyi fikirlər ölkəmizin gələcək inkişaf strategiyasını,xarici siyasət prioritetlərini və regionda sülhə yönəlmişqətiyyətli mövqeyini aydın şəkildə əks etdirir”.

Məqalədə:
Seçilən
48
az.trend.az

1Mənbələr