AZ

Cəmiyyətin həssas təbəqələrinə biganəlik narazılığın əsas amillərindən biridir – İran prezidenti

Bakı. Trend:

Cəmiyyətin həssas təbəqələrinə biganəlik narazılıqların başverməsinin əsas amillərindən biri hesab olunur.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (21yanvar) Tehranda İranda baş verən etiraz aksiyalarla bağlı İranıntəhlükəsizlik naziri Seyid İsmayıl Xətibin hesabatınındinlənilməsindən sonra deyib.

Onun sözlərinə görə, ölkənin bütün qurumları və orqanları həssastəbəqələrin problemləri və tələblərinə etina etməzlərsə, artıqhəmin təbəqələrin zorakılığa yönəlməməsi və hakimiyyətdənuzaqlaşmamasını gözləmək olmaz.

Pezeşkian bildirib ki, qanun çərçivəsində addımların atılmasıilə yanaşı vətəndaşları qane etmək ciddi şəkildə izlənilməlidir.İranda bütün aidiyyəti qurumlar və məsul şəxslər vətəndaşlaradüzgün, məntiqli və qənaətbəxş cavablar verməlidir.

İran prezidenti deyib ki, istənilən dövlət idarəsində hər birməsul şəxs həmrəylik, koordinasiya, dialoq və anlaşma iləqarşılıqlı anlaşmaya şərait yaratmalıdır.

İclasda İran xarici işlər naziri Seyid Abbas Əraqçi İranda başverən son hadisələrlə əlaqədar bölgədə sabitliyin güclənməsiistiqamətində effektiv addım olaraq qonşu ölkələrin müsbət vəkonstruktiv rolunu qeyd edib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Məqalədə:
Seçilən
135
az.trend.az

1Mənbələr