AZ

AMEA-nın Yer Elmləri Bölməsi il ərzində 40-dan çox mühüm elmi nəticə əldə edib

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən il Qarabağ və Şərqi Zəngəzurda aparılan elmi tədqiqatlar AMEA-nın Yer Elmləri Bölməsinin (YEB) prioritet istiqamətlərindən olub.

AZƏRTAC xəbər verir ki, YEB üzrə elmi müəssisələrdə 15 problem çərçivəsində 44 mövzu üzrə 56 elmi-tədqiqat işi yerinə yetirilib, 11 mövzu və 20 elmi-tədqiqat işi tamamlanıb. İl ərzində 40-dan çox mühüm elmi nəticə əldə olunub, 43 elmi-tətbiqi iş isə təsərrüfat müqavilələri əsasında aparılıb.

Tədqiqatlar Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Xəzər dənizinin karbohidrogen ehtiyatları, qaz-kondensat yataqları, bərpaolunan enerji resursları, aktiv geodinamik proseslər, zəlzələlər və yer qabığı deformasiyaları, su ehtiyatlarının idarə olunması və alternativ su mənbələrinin tətbiqi sahələrini əhatə edib.

Seçilən
71
1
azertag.az

2Mənbələr