AZ

Sürücüləri qışda gözləyən sürpriz: boşalmış akkumulyator FOTO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qışda havalar kəskin soyuduqda sürücülər şam, antifriz və təkərlə yanaşı, akkumulyator problemi ilə də üzləşə bilərlər. Akkumulyator məsələsi çox vaxt sürpriz olur: sürücü normal işləyən avtomobili axşam həyətdə saxlayır. Səhər işə getmək istədikdə isə fərqli mənzərə ilə qarşılaşır: akkumulyatorun gücü dirsəkli valı bir qədər yerindən tərpətməyə çatır. Bu tip sürprizlər əsasən tələsik vaxtı baş verir. Sürücü dilxor halda taksi çağırır, ya da avtobusla gedir. İşdə isə bu problemə görə həmkarlarının da zəhləsini tökür. Bəs bunun səbəbi nədir?

Avtosfer.az xəbər verir ki, belə hallar əsasən köhnə - 5 ildən çox işləmiş akkumulyatorlarda baş verir. Lakin təzə akkumulyatorda da eyni hal müşahidə oluna bilər. Əgər sürücü xüssən də soyuq havalarda gündəlik az yol qət edirsə, batareya tam dolmur.

Yayda 60-70 faiz dolu olan akkumulyatorun işi ilə bağlı problem olmur. Starter dirsəkli valı asanlıqla fırladır. Qışda isə akkumulyatorun elektroliti və mühərrik yağı qatılaşdığı üçün daha böyük güc tələb olunur. Yarımçıq dolmuş akkumulyator isə bu qədər enerjini təmin edə bilmir. 

Müasir akkumulyatorlar təmir tələb etmir. Lakin hər bir halda qulluq vacibdir. ən asan üsul ildə azı 2 dəfə kontaktları təmizləmək və həftədə heç olmazsa bir dəfə avtomobillə uzaq məsafə qət etmədir. Belə olduğu halda akkumulyator tam dola bilir.

Əgər payızın ilk soyuğunda starter çətinliklə fırlanırsa, o zaman ilk iş akkumulyatoru dəyişmək olmalıdır.

Vüqar Yaşaroğlu

Oxunub 102

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
avtosfer.az

1Mənbələr