Bakı, 21 yanvar, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində ötən il ilk dəfə olaraq Cənub bölgəsi folklorunda şamanizm elementləri faktiki materiallar əsasında araşdırılıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bundan əlavə, Cənub bölgəsinin uzunömürlüləri Yaponiyanın İkiqay Ailə İnstitutu modeli ilə qarşılıqlı şəkildə tədqiq edilərək ortaq fizioloji, bioloji və ekoloji faktorlar müəyyənləşdirilib.